Bayden Si Cinpinlə görüşün vacibliyinə əmindir
Paralel.az xəbər verir ki, ABŞ prezidenti Cozef Bayden Çin lideri Si Cinpinlə görüşü zəruri hesab edir. Çünki iki ölkə arasındakı rəqabət fonunda diplomatik təmaslar çox vacibdir.
Belə bir bəyanatla oktyabrın 26-da ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Ağ Evdə keçirdiyi brifinqdə çıxış edib.
Amerika prezidenti köməkçisinin qeyd etdiyi kimi, Bayden Çin lideri ilə şəxsi təmasların olmasını zəruri hesab edir. Si Cinpin üçün səyahət məhdudiyyətləri səbəbindən bu mümkün deyilsə, o zaman virtual görüş keçirilməlidir.
"Biz bunu etmək niyyətindəyik, çünki gərgin ABŞ-Çin rəqabəti dövründə ən yüksək səviyyədə - rəhbərlik səviyyəsində sıx diplomatik əlaqə bu münasibətləri effektiv şəkildə idarə etmək üçün həyati əhəmiyyət kəsb edir", - Sullivan əlavə edib.
ABŞ prezidentinin köməkçisi Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının katibliyinin rəhbəri Yanq Cieçi ilə keçirdiyi görüşü xatırladıb. Sallivanın sözlərinə görə, məsləhətləşmələr zamanı ABŞ və Çin liderlərinin bu ilin sonuna qədər virtual görüş keçirməsinin mümkünlüyü barədə razılıq əldə olunub. İclasın dəqiq tarixi hələ təsdiq edilməyib.
Bundan əvvəl "IA REGNUM" xəbər vermişdi ki, ABŞ prezidenti Bayden ABŞ və Çin arasında soyuq müharibəyə başlamaq istəmədiyini bildirib.
Akif Nəsirli