Tovmasyan: “Firavan və qüdrətli gələcək şanslarımızı əldən vermişik”
Paralel.az xəbər verir ki, “Şərəfim var” parlament fraksiyasının üzvü Taquhi Tovmasyan keçmişə nostalgiya nümayiş etdirib: “Bu gün 27 oktyabr, çərşənbə günüdür. 1999-cu il oktyabrın 27-si də çərşənbə günü idi. Bir dəstə köpək otağa girərək Milli Məclisin sədri Karen Dəmirçiyanı, baş nazir Vazgen Sarkisyanı və bir sıra dövlət xadimini öldürdü.
Erməni dövlətçiliyinin başı kəsildi və suallar bugünə kimi bizə əzab verir: gələcəyimizi kim, niyə və kimin sifarişi ilə məhv etdi?
Bu gün onların xatirəsinə güllər qoyacağıq, buxur yandıracağıq, kədərlənəcəyik, amma suallar davam edəcək. Keçən illərdə firavan və qüdrətli gələcək üçün necə şanslar əldən vermişik”.
Nigar