Vətəndaş cəmiyyəti və avtoritar rejimlər

Vətəndaş cəmiyyəti və avtoritar rejimlər
 

İstənilən ölkədə vətəndaş cəmiyyətinin əsas aparıcı qüvvələrindən biri qeyri-hökumət təşkilatlarıdır (QHT). Düzdür, cəmiyyətin inkişafında medianın digər vətəndaş cəmiyyəti strukturları da özünəməxsus rola malikdirlər. Amma vətəndaş cəmiyyətinin onurğa sütununu QHT-lər təşkil edir. Biz məcazi mənada vətəndaş cəmiyyətini bir ağaca bənzətsək, QHT-lər digər vegetativ orqanları öz üzərində saxlayan onları bir-biri ilə əlaqələndirən gövdəyə bənzətmək olar.

QHT-lər əsasən cəmiyyətin inkişaf trendlərini müəyyənləşdirən cəmiyyəti bu trendlərə doğru aparan, onun çağırışlarına uyğunlaşdıran bir qurumdur. Bu baxımdan dövlət vətəndaş cəmiyyəti, xüsusilə QHT-lər arasında münasibətlər bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində olmalıdır. Dövlət vətəndaş cəmiyyəti arasındakı münasibətlər müxtəlif dövlətlərdə müxtəlif formada tənzimlənir. Məsələyə sırf məntiqi nöqteyi-nəzərdən yanaşsaq, yəni bu münasibətlər var yaxud yoxdur, sıfır bir kimi ikiqütblü cavablarla dəyərləndirsək, avtoritar ölkələrdə vətəndaş cəmiyyəti, o cümlədən QHT-lər dörd çarxlı arabanın beşinçi çarxını xatırladır. Yəni QHT avtoritar rejimlərdə əsasən mövcud olmur, mövcud olduğu ölkələrdə isə rudiment (bioloji təkamül prosesində əsas funksiyasını itirmiş, lakin saxlanılan orqanlar) xarakterə malik olur. Belə QHT-ləri hökumət beynnlxalq təpkilərə sipər olaraq yaradır saxlayır. Lakin elə avtoritar rejimlər var ki, vətəndaş cəmiyyətinin, o cümlədən QHT-lərin sərbəst fəaliyyətinə imkan yaradıb, beynəlxalq təpkilərdən qorunmaqla yanaşı, onlardan bir kompas kimi istifadə edir. Bəzi avtoritar rejimlər daha innovativ davranaraq, dünya trendlərinin nəbzini tutmaq bundan öz avtoritar hakimiyyətinin ömrünü uzatmaq üçün istifadə edir. Bu işdə həmin dövlətlərə azad vətəndaş cəmiyyəti institutları yardımçı olur. Məsələn, Qətər dövlətini avtoritar kral hakimiyyəti idarə etdiyini heç kim inkar edə bilməz. Qətərin kralı belə, bunu etiraf edir ki, o monarxdır, ölkədə şəriksiz hakimi-mütləqdir. Lakin bu ölkədə kral hakimiyyətinin idarəetməsindəki qüsurları çılpaqlığı ilə ortaya qoyan vətəndaş cəmiyyəti mövcuddur. Bu ölkədə media QHT-lərə hər il milyardlarla dollar vəsait xərclənir. Dövlət onlara külli- miqdarda təmənnasız maliyyə yardımı etməklə yanaşı onlardan heç bir təmənna güdmür. Məsələn, dünyanın aparıcı media orqanlarından biri birincisi "Əl Cazirə"-nin bütün maliyyəsi Kralın xəzinəsi hesabına təmin edilsə , onun kral hakimiyyətini müdafiə etmək onu təbliğ etmək kimi bir öhdəliyi yoxdur. Eləcə , QHT-lər bu ölkədə kral xəzinəsindən istədikləri qədər maliyyə aldıqları halda, onların üzərinə heç bir öhdəlik qoyulmur. Elə isə nədən monarx kral vətəndaş cəmiyyətinə bu qədər azadlıq verir, onların fəaliyyətindən, kralı tənqid etməsindən çəkinmir? Kral hakimiyyəti dəqiq bilir ki, hər bir hakimiyyəti cəmiyyətdəki narazılıqların təmərküzləşməsi sıradan çıxarır. Güc vasitəsi ilə müvəqqəti olaraq bu narazılıqları sakitləşdirmək olar, amma narazılığı güc vasitəsi ilə həmişəlik aradan qaldırmaq mümkün deyil. Ona görə Qətər kralı vətəndaş cəmiyyətindən bir indikator kimi istifadə edərək onların vasitəsi ilə cəmiyyətin istədiyini öyrənir. Cəmiyyətdə bu istəklərin yerinə yetirilməməsinə görə etirazların başlanmasına imkan vermədən, hakimiyyət bu istəklərin ödənilməsi istiqamətində fəaliyyətə başlayır. Bəzən tam olaraq, bəzən isə qismən cəmiyyətin tələbləri yerinə yetirilir. Məhz bu səbəbdən , avtoritar monarxiyanın hökm sürdüyü ölkədə belə, etirazlar hakimiyyəti devirəcək səviyyədə təmərküzləşə bilmir. Nəticədə kral monarxiyasının ömrü əsrlərlə uzanır. Bununla yanaşı vətəndaş cəmiyyəti vasitəsi ilə cəmiyyətin nəbzi nəzarətdə saxlanıldığından həm cəmiyyət inkişaf edir. Məsələn, Qətərdə, Norveç Krallığında s. bu kimi ölkələrdə vətəndaş heç Almaniya, ABŞ, Fransa s. kimi demokratik ölkələrin vətəndaşından pis yaşamır, bəzən onlardan daha yüksək rifaha malik olur.

Lakin bir çox avtoritar ölkələrin hakimiyyəti isə vətəndaş cəmiyyətindən qorxduğu üçün onları sıxışdırır, sıradan çıxarır. Əslində, belə rejimlər həm ölkə daxilində, həm xaricdən öz üzərinə hücum vektorlarını cəlb edir. Yəni hakimiyyət vətəndaş cəmiyyətini sıxışdırırsa, birinci növbədə bu beynalxalq aləmin qınağına tuş gəlir. Bu isə hər il tərtib edilən reytinq siyahılarında ölkənin nüfuzunu aşağı salır. Ölkənin nüfuzunun aşağı düşməsi isə təkcə mənəvi məsələ deyil, həm iqtisadi məsələdir. Çünki hər bir investor hər hansı bir ölkəyə kapital yatırmaq qərarına gələndə, ilk növbədə həmin reytinq siyahılarına diqqət yetirir. İnvestorlar beynalxalq QHT-lərin siyasi reytinq cədvəllərində ilk onluqda yer ala bilməyən ölkələrə vəsait yatırmağa risk etmirlər. Hətta, bu investor üçün həyati vacib məsələdirsə, reytinqi aşağı olan ölkəyə investisiya qoymaq üçün aylarla marketinq tədqiqatı aparır, suallarına cavab axtarır. Lakin reytinqi yüksək olan ölkənin seçilməsi çox asan olur. Beləliklə , reytinqi yüksək olan - vətəndaş cəmiyyətinin inkişafına dəstək verən ölkələrə investisiya axını çoxalır ki, bu da əhalinin rifahını yüksəldən amillərdən biridir.

Yuxarıda qeyd etdiklərimizin nəticəsi olaraq deyə bilərik ki, vətəndaş cəmiyyətinə önəm verən, onun araşdırmalarının nəticələri digər informasiyaları əsasında cəmiyyətin nəbzini tutmağa çalışan avtoritar ölkələrdə belə, hakimiyyət-vətəndaş problemləri müşahidə edilmir. Bu ona görə baş verir ki, bir tərəfdən hökumətin gördüyü tədbirlər, digər tərəfdən isə ölkəyə axan investisyalar əhalinin həyat səviyyəsini yüksəldir son nəticədə ölkədə vətəndaş məmnunluğu yaranır.

Demokratik ölkələrdə isə vəziyyət tamamilə başqadır. Belə ölkələrdə vətəndaş cəmiyyətinin inkişafına dövlətin dəstəyinə ehtiyac olmur. İnkişaf etmiş ölkələrdə vətəndaş cəmiyyətini əsasən özəl sektor maliyyələşdirir. Başqa sözlə desək, demokratik cəmiyyətlərdə iqtisadiyyatla vətəndaş cəmiyyəti institutları bir-birinə çulğaşmış formada inkişaf edir. Dövlət isə yalnız "görünməz əl" vasitəsi ilə bütün cəmiyyəti idarə edir. Demokratik ölkələrdə media, dövlət, QHT-lər, siyasi partiyalar, elmi dini mərkəzlər bütöv bir orqanizm şəklində ritmik fəaliyyət göstərir. Bu ritmin isə əsas məqsədi vətəndaş məmnunluğunun yüksəldilməsidir. Belə ölkələrdə bəzən vətəndaş cəmiyyətinin liderinin təklifi deputatın ya prezidentin təklifindən daha keçərli olur. Çünki burada əsas diqqət  təklifin mahiyyətinə yönəldilir.

Akif Nəsirli

 Yazı  Azərbaycan
Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

0.020913124084473