Türkiyə pilotsuz təyyarəsinin Donbasa endirdiyi zərbənin nəticələri açıqlanıb
Paralel.az xəbər verir ki Donbassda Türkiyənin "Bayraktar" pilotsuz təyyarələrinin Ukrayna Ordusu tərəfindən ilk dəfə istifadə edilməsi zamanı heç kim xəsarət almayıb. Pilotsuz təyyarənin zərbəsinin nəticələrini, özünü "Donetsk Xalq Respublikası" (DXR) elan etmiş ölkənin təhlükəsizlik qüvvələrindəki “İnterfaks”a məxsus mənbə açıqlayıb.
Agentliyin həmsöhbətinin dediyinə görə, zərbə bir neçə istiqamətdən endirilib. “Hərbçilər və mülki əhali arasında itki və tələfat yoxdur”, - deyə o bildirib və əlavə edib ki, Qranitnoye kəndi yaxınlığında yerləşən mülki obyektlərə də ziyan dəyməyib.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Donbassda "Bayraktar TB2" kəşfiyyat-zərbə dronundan istifadə edildiyini təsdiqləyib. Daha sonra PUA-nın ilk istifadəsinə dair görüntülər şəbəkədə yerləşdirilib. Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidməti türk pilotsuz təyyarəsinin təmas xəttini keçmədiyini deyib.
Akif Nəsirli