Erməni şərqşünas ermənisayaq manevr edir

Erməni şərqşünas ermənisayaq manevr edir
 

Paralel.az xəbər verir ki, erməni şərqşünas Armen Petrosyan kommunikasiya məsələsindən bəhs edib: “Azərbaycan və Türkiyə prezidentləri 44 günlük müharibə nəticəsində Bakının müvəqqəti nəzarətinə keçən Artsax ərazilərində yeni yolun əsasını qoyurlar. Təbliğat baxımından bu, bir neçə istiqamətdə atılır: Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən “Zəngəzur dəhlizi”nin həyata keçirilməsinin başlanğıcı kimi layihə beynəlxalq və yerli ictimaiyyətə təqdim olunur, paralel olaraq erməni ictimaiyyətinin əsəbləri və emosiyaları üzərində hərəkət edilir.

Bəs bizim hazırda vəzifəmiz nədir? Heç bir halda türk təbliğatının altında qalmayın və qonşuları və bütün dünyanı inandırmayın ki, Ermənistan ərazisindəki yollar müstəsna olaraq Ermənistanın suverenliyi altında olacaq.

Azərbaycan və Türkiyənin öz ərazilərində müvəqqəti nəzarət olunan yollarına Zəngəzur, İrəvan və belə deyim, Armen Petrosyanın adını verməsi isə sadəcə olaraq, kütləni ələ almaq üçündür”.

Nigar

0.031590938568115