Anna Mkrtçyan: “Xəyanətin başqa adı nədir?”

Anna Mkrtçyan: “Xəyanətin başqa adı nədir?”
 

Paralel.az xəbər verir ki, erməni deputat Anna Mkrtçyan hakim partiyadan olan həmkarları haqqında sərt fikirlər səsləndirib. Müxalifətçi deputat həmkarlarını pisləyib: “Hakimiyyət işğalçılarının Milli Məclisdəki nümayəndələri Artsax məsələləri üzrə komissiyaya səs verməyib Artsaxdan imtina etdikdən sonra, bu gün Ermənistan və Qarabağ ətrafında vəziyyətlə bağlı bəyanata da səs verməyiblər. Onlar Ermənistanın təhlükəsizlik və ərazi bütövlüyündən imtina ediblər.

Xəyanətin başqa adı nədir? Bu gün Ermənistan və Artsax ətrafında vəziyyətlə bağlı Milli Assambleyanın bəyanatı üzrə müxalifətin təşəbbüsü ilə keçirilən səsvermədə hakim “Mülki Müqavilə” partiyasından olan deputatlar iştirak etməyiblər. “Dövlət Duması” fraksiyasının rəhbəri Hayk Konjoryan qeyd edib ki, mətndə daxili siyasi vəziyyətlə bağlı məqamlar var və onlar bu məsələdə müxalifətlə konsensusa gələ bilməyiblər. Ona görə də səsvermədə iştirak etməmək qərarına gəliblər”.

Nigar

0.016847848892212