Erməni parlamenti müxalifətin “ərizəsini oxumayıb”

Erməni parlamenti müxalifətin “ərizəsini oxumayıb”
 

Paralel.az xəbər verir ki, erməni müxalifəti Qarabağla bağlı hazırlanan mətnə hakimiyyətə ünvanlanan bir sıra məqamlar əlavə edib. Ermənistan parlamenti də onu qəbul etməyib. Erməni mətbuatı yazır: “Parlament Dağlıq Qarabağla bağlı müxalifət fraksiyalarının (“Hayastan” və “Mənim şərəfim var”) tərtib etdiyi bəyanatı qəbul etməyib.“Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Konjoryan deyib ki, bəyanat xarici, daxili siyasətə aiddir və müxalifətin hakimiyyətin fəaliyyətinə baxışını əks etdirir.

“Mənim şərəfim var” blokunun deputatı Tiqran Abramyanın oxuduğu bəyanatda Azərbaycan və Türkiyənin Dağlıq Qarabağa qarşı terror qrupları və muzdluların iştirakı ilə genişmiqyaslı silahlı təcavüzü pislənir. Hərbi əməliyyatlar başa çatdıqdan sonra da hərbi əsirlərə və mülki girovlara qarşı beynəlxalq hüququn kobud şəkildə pozulması, Dağlıq Qarabağa qarşı davamlı təxribatlar və Ermənistanın suveren ərazisinə təcavüz pislənir.

Azərbaycan Ermənistan ərazisində nifrət ritorikasından istifadə etməkdə, ermənifobiyanı qızışdırmaqda, birtərəfli və təhrif olunmuş məlumatlar, səsli iddialar irəli sürməkdə davam edir. Dövlət sərhədləri beynəlxalq hüquq əsasında, BMT-nin Vyana Konvensiyasına əsasən müəyyən edilir ki, ona görə də güc tətbiqi və ya hədə ilə sərhədlərə dair hər hansı saziş etibarsızdır.

Qarabağ xalqının tarixi ərazidə yaşamaq hüququ və Artsax ərazilərinin işğaldan azad edilməsi regionda dinc həyatın ən mühüm şərtidir. Bəyanatda deyilir ki, münaqişə yalnız ATƏT-in Minsk qrupu formatında danışıqlar yolu ilə həll edilməlidir.

Ermənistanı təmsil edən heç bir şəxs göstərilən tələblərə zidd olan yazılı və ya şifahi danışıqlar apara bilməz. Bundan çəkinməyi tələb edirik. Bundan əlavə, hakimiyyət Silahlı Qüvvələrin islahatları barədə məlumat verməli, eləcə də bu islahatları sürətləndirməlidir.

Konjoryan təəssüflə bildirib ki, bəyanatın mətni parlament çoxluğu ilə müzakirə olunmayıb. Bu şərtlər daxilində məlum ərizə qəbul edilməyib”.

Nigar

0.018010854721069