İranda silahlı qarşıdurma

İranda silahlı qarşıdurma
 

Polis əməkdaşı öldürüldü

Paralel.az xəbər verir ki, İranın Sistan-Bəlucistan əyalətinin Delqan şəhəri yaxınlığında yerli hüquq-mühafizə orqanlarının bir əməkdaşı naməlum yaraqlı dəstə üzvləri ilə qarşıdurmada öldürülüb.

Hadisə bu gün səhər saat 11-də baş verib.

Bölgədə naməlum yaraqlı dəstə üzvlərinin izinə düşən yerli polis qüvvələri ilə dəstə üzvləri arasında qarşıdurma yaranıb.

Atışma nəticəsində Sistan-Bəlucistan əyalətinin hüquq-mühafizə qüvvələrinin əməkdaşı Musa Novruzi aldığı güllə yarasından yerindəcə həlak olub.

Bildirilir ki, yaraqlı dəstə üzvləri hadisə yerindən qaça biliblər.

Hadisənin təfərrüatı mediaya açıqlanmayıb.
Akif Nəsirli

0.074089050292969