İmam Rza xəstəxanasında yanğın
Paralel.az xəbər verir ki, İranın Kirmanşah şəhərinin İmam Rza xəstəxanasında güclü yanğın baş verib.
Kirmanşah Yanğın İdarəsinin rəisi bildirib ki, bu yanğın xəstəxana binasının kənarında yerləşən xəstəxana ərzaq anbarında baş verib, xəstəxananın əsas binasına heç bir ziyan dəyməyib.
Xatırladılır ki, İmam Rza xəstəxanası korona viruslu xəstələri üçün əsas sağlamlıq ocağıdır.
Akif Nəsirli