Erməni deputatı: “Türklər Sisyan ərazisində yerləşirlər”
Paralel.az xəbər verir ki, erməni deputatı Artur Sarkisyan 2020-ci il dekabrın 5-də hakimiyyətə və baş nazirə qarşı əks-mövqedəki bəyanatından sonra siyasi təqiblərlə üzləşdiyini söyləyib. Sisyan şəhərinin sabiq meri Artur Sarkisyan bir müddət əvvəl həbsdən azad edilib və bu gün ilk dəfə parlamentin iclasında iştirak edib. O deyib ki, “türklər Sisianın inzibati ərazisində - Qara göldən yuxarı, İşxanasar ərazisində yerləşirlər”.
Onun sözlərinə görə, dekabrın 17-də keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan Gorusa gedib, Sünik icmalarının başçılarını dəvət edib və “hamınız sabah saat 5-ə qədər geri qayıtmalısınız” əmri verib: “Biz narahat olduq, çünki o vaxt bütün yüksək vəzifəli məmurlar yerimizdə qalacağımızı deyirdilər. İkincisi, noyabrın 9-da verilən bəyanatda heç bir yerdə qeyd olunmayıb ki, biz geri çəkilməliydik. Nazir bütün suallarımızı cavablandıraraq dedi ki, özü də heç nə bilmir, amma sabah saat 5-də hamımız qayıtmalıyıq. Bu sərəncamdan sonra erməni tərəfi Qoris və Kapan hissəsində 25 km geri çəkildi. Hamı Qorisin, Xndzoreskin və Zəngəzur-Kubatlu mövqelərindən indiki mövqelərinə qayıtdı. Deyirdilər ki, hər kəs öz
mövqeyində qalır. İndi də bu ərazilərdə Azərbaycan qoşunları var”.
Nigar