İranın yanacaqdoldurma məntəqələrində uzun növbələr
İranın yanacaqdoldurma məntəqələrində uzun növbələr
Paralel.az xəbər verir ki, İranın Tehran və digər şəhərlərində kiberhücum səbəbindən yanacaqdoldurma məntəqələrində benzinin qəfil kəsilməsi faktı kütləvi xarakter daşıyır..
Ölkə üzrə ISNA müxbirlərinin son hesabatlarında müxtəlif şəhərlərdə yanacaqdoldurma məntəqələrində fasilələr və uzun növbələrin yaranması, sürücülərin və sərnişinlərin narazılığı göstərilir.
Bu məlumatlara görə, yanacaqdoldurma məntəqələrinə müraciət edənlər nasosların rəqəmsal ekranında “Kiberhücum 64411” mesajı ilə qarşılaşacaqlar.
İsfahanlı sürücülərdən alınan fotoşəkillərdə şəhər magistrallarındakı yanacaqdoldurma məntəqələrini monitorlarında “Camaran yanacaqdoldurma məntəqəsində benzin pulsuz”, "Bizim benzinimiz haradadır?” şüarları yazılıb.
Aidiyyatı rəsmilər deyir ki, bu gün səhər saat 10-dan etibarən xarici agentlərin kiberhücumuna görə Tehranda və ölkənin hər yerində yanacaqdoldurma məntəqələrində yanacaq təchizatı sistemi pozulub və stansiyaların 80%-i bağlanıb - növbəti xəbərdarlığa qədər yanacaq doldurmaq mümkün deyil.
İran Milli Neft Məhsullarının Paylama Şirkətinin xidmətləri və əlaqədar kritik infrastruktur zədələnməyib.
Akif Nəsirli