Geqam Melkonyan: “Əgər yol açılsa, biz Vardenisdən Martakertə, Qazax vasitəsilə Gürcüstana gedə bilərik, o zaman niyə narahat oluruq?”

Geqam Melkonyan: “Əgər yol açılsa, biz Vardenisdən Martakertə, Qazax vasitəsilə Gürcüstana gedə bilərik, o zaman niyə narahat oluruq?”
 

Paralel.az xəbər verir ki, erməni deputatı Qaqik Melkonyan sərhədlə bağlı açıqlama verib: “Biz kompromislərin nə olacağını bilmirik, amma bu, mütləq olacaq. Demarkasiyaya görə, xəritə bir yerdə bizim ərazimizdə, başqa yerdə Azərbaycanın ərazisində dərinləşir. Biz sərhədləri bərabərləşdirmək üçün kompromisə getməliyik.

Məsələn, Eyvazlar çayı boyunca sərhəd bu istiqamətdə keçir. Çayı sərhəd hesab etsək, Eyvazlar bizim tərəfdə qalır. Şurnux ərazisini bərabərləşdirsək, o zaman David Bekin tərəfindəki ərazi azərbaycanlılarda qalır.

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı danışıqların onların xeyrinə olması barədə bəyanatına gəlincə, bütün ölkə narahatdır. Əliyev Zəngəzurda dəhliz istəyir, biz də deyirik ki, yol veririk. Əgər yol açılsa, biz Vardenisdən Martakertə, Qazax vasitəsilə Gürcüstana gedə bilərik, o zaman niyə narahat oluruq? Qoy yol açılsın”.

Nigar

0.01823091506958