Erməni politoloq: “Hakimiyyət imzalamaqdan imtina etməli, ya da ölkədə güclü etiraz dalğası başlamalıdır”

Erməni politoloq: “Hakimiyyət imzalamaqdan imtina etməli, ya da ölkədə güclü etiraz dalğası başlamalıdır”
 

Paralel.az xəbər verir ki, erməni siyasətçiləri Ermənistan, Rusiya, Azərbaycan liderlərinin Moskvada gözlənilən görüşü və üçtərəfli bəyanatların imzalanması ilə bağlı xəbərlərin pərdəarxasından bəhs ediblər.

Politoloq Suren Surenyants Ermənistanla Azərbaycan arasında dövlətlərarası sərhədin dəqiqləşdirilməsini İrəvan üçün ağrılı proses adlandırıb: “Moskvada sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı sənədlərin mümkün imzalanması gözlənilir. Rusiya prezidenti Vladimir Putin Ermənistanla Azərbaycan arasında problemin Rusiyanın iştirakı olmadan həllinin mümkün olmadığı barədə bəyanat verib. Bundan sonra keçmiş sovet respublikaları arasında sərhədlərin xəritələri RF Silahlı Qüvvələrinin Baş Qərargahında olduğu üçün prosesin artıq başladığı bəlli oldu. Yoxsa belə yüksək səviyyədə belə bəyanatlar səslənməzdi.

Müxtəlif səviyyəli orqanlar nə qədər təkzib etsə də, hələ də müəyyən proses var. Lakin indiki prosesləri Ermənistan tərəfi üçün əlverişli adlandırmaq olmaz. Prosesin dəyişdirilməsi və ya ləğv edilməsi üçün “uteçka”nı məhz İrəvan təmin edib. Amma hakimiyyət bunu edə bilməyəcək. Bunun üçün ya hakimiyyət

imzalamaqdan imtina etməlidir, ya da ölkədə o qədər güclü etiraz dalğası yüksəlməlidir ki, belə bir sənədin imzalanması mümkünsüz olsun. Lakin bu variantlar üçün heç bir ilkin şərt yoxdur”.

Nigar

0.016836166381836