İranda bələdiyyə məmurları vətəndaşı döydü
Paralel.az xəbər verir ki, İranda bələdiyyə məmurları vətəndaşa deyib ki, İranda qanun səni döydüyümüz bu taxta parçasıdır.
Belə ki, Tehran vilayətinin İslamşəhr bölgəsində bələdiyyə məmurları tullantı və zibil topllamaqla ailəsini dolandıran yaşlı kişini vəhşicəsinə döyüb, əl və ayaqlarını qırıblar.
Kişi bu əsnada onlara “ölkədə qanun haradadır?” deyə sual verəndə məmurlar bildiriblər ki, qanun səni döydüyümüz bu taxta parçasıdır.
Qeyri-insani və vəhşicəsinə davaranışla yanaşı, məmurlar kişiyə qarşı nalayiq sözlər də işlədiblər.
Akif Nəsirli