"Ermənistanın özgə əraziləri tutmaq kimi bir planı yoxdur"

 

Paralel.az-ın məlumatına görə, Nikol Paşinyan bəyan edib ki, Ermənistanın özgə əraziləri tutmaq kimi bir planı yoxdur: "Təhlükəsizlik sisteminin inkişafı nöqteyi-nəzərindən isə təkcə ordunun müasirləşdirilməsi deyil, həm də əlverişli xarici mühitin formalaşdırılması, Ermənistan, Qarabağ və bölgədə sülh dövrünün başlaması üçün zəruri olan gündəmin ardıcıl gerçəkləşdirilməsi lazımdır.
Problemin həllini düşmənçilik ab-havasının dəf edilməsində, ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Dağlıq Qarabağ danışıqlarının bərpa olunmasında, bölgədəki iqtisadi və infrastruktur kommunikasiyalarının açılmasında görürəm".
Nikol Paşinyanın sözləri ilə əməli uyğun gəlsə, yalnız Minsk Qrupu barədə dediklərindən başqa qonşu dövlətin mövqeyi Azərbaycanın istəkləri ilə üst-üstə düşür.
Minsk Qrupuna gəlincə, nədən bu iki dövlət öz problemlərini iki tərəfli qaydada çözməsi, digər dövlətlər də bu məsələyə burun soxdum?
Akif Nəsirli

0.017108917236328