Beyləqan qaziləri icra başçısından PA-ya və MM-ə şikayət ediblər

Beyləqan qaziləri icra başçısından PA-ya və MM-ə şikayət ediblər
 

Asif Ağayev şəhid ailələrinin və qazilərin problemlərini maraqlanmır

Bir neçə gün öncə bir neçə nəfər şəhid ailəsi üzvləri və Qarabağ qazilərindən ibarət olan nümayəndələr icra başçısı Asif Ağayevin fəaliyyətsizliyinə etiraz olaraq Prezident Administrasiyasına gedib şikayət etmişlər.

Prezident Aparatının məsul şəxsləri tərəfindən qəbul edilən nümayəndələr icra başçısının fəaliyyətsizliyindən şikayət ediblər.

Şikayətçilər bu barədə Milli Məclis rəhbərliyilə də görüşüb, məlumat veriblər.

Beyləqan şəhid ailə və qazi nümayəndələrini MM-in sədr müavini Adil Əliyev qəbul edib, onların şikayətlərini dinləyib. Adil Əliyev nümayəndələrə Beyləqana səfər edəcəyini və problemlərlə yerində məşğul olacağını bildirib.

Bu görüşdən qısa zaman sonra MM-in sədr müavini Adil Əliyev Beyləqana səfər edib və şəhid ailələri, qazilərlə görüşüb, onların problemlərilə yaxından tanış olub. Bir sıra yaşayış məntəqələrində şəhid ailələrinin təşkil etdiyi tədbirlərdə iştirak və çıxış edib.

Züleyxa

0.031381130218506