İranda doğum səviyyəsi azalır

İranda doğum səviyyəsi azalır
 

Paralel.az-ın məlumatına görə, Cəmiyyətin Strateji Araşdırmaları Mərkəzi bildirir ki, İranda doğum səviyyəsi bölgənin digər ölkələrindən daha sürətlə azalır.

İranda Cəmiyyətin Strateji Araşdırmaları Mərkəzinın katıbi Saleh Qasımi Şərq bölgəsi və Şimali Afrika ilə müqayisədə ən aşağı doğum səviyyəsinin İranda olduğunu və ötən 30 ildə doğum səviyyəsinin sürətlə azaldığını deyib.

Qasıminin sözlərinə görə, hazırda hər bir qadına 1.6 uşaq düşür. Halbuki, 1986-cı ildə hər qadın üçün doğum sayı 6.5 uşaq idi.

Qasımi, habelə, hal-hazırda İran əhalisinin sayını 85 milyon açıqlayıb və ölkədə doğum səviyyəsinin sadəcə, 0.6% olduğunu qeyd edib. Ancaq, qarşıdakı 10-15 il ərzində İranda əhalinin artım səviyyəsinin 0%-ə düşəcəyi və daha sonra isə mənfiyə doğru gedərək, əhalinin sayında azalma müşahidə olunacağı ehtimal edilir.
Akif Nəsirli

0.019331932067871