ABŞ səfirliyi Türkiyənin daxili işlərinə qarışmayacağını bəyan edib
ABŞ səfirliyi Ərdoğanın sözlərindən sonra Türkiyənin daxili işlərinə qarışmadığını açıqladı
Paralel.az RİA Novosti-ya istinadən xəbər verir ki, ABŞ-ın Türkiyədəki səfirliyi Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ABŞ da daxil olmaqla 10 səfirinin "persona non-qrata" elan edilməsi ilə bağlı bəyanatı fonunda digər ölkələrin daxili işlərinə qarışmayacağını bildirib.
"Biz ölkələrin daxili işlərinə qarışmamaq haqqında Vyana Konvensiyasının 41-ci maddəsinə sadiqik", - ABŞ səfirliyinin bəyanatında deyilir.
10 ölkənin - Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Hollandiya, Yeni Zelandiya, Norveç, İsveç və ABŞ səfirliyi daha əvvəl Türkiyəni türk hüquq müdafiəçisi Osmanə Kavalanı azad etməyə çağırmışdı. Bundan sonra Türkiyə Xarici İşlər Nazirliyi bu ölkələrin səfirlərinin çağırışını təsdiqləmiş, onlara Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına riayət etmələrinin zəruriliyi xatırladılmışdır. Bunun ardınca Ərdoğan bildirib ki, o, Türkiyə Xarici İşlər Nazirliyinə hüquq müdafiəçisi Kavalanın azadlığa buraxılmasını tələb edən 10 ölkənin səfirlərini "persona non-qrata" elan etmək göstərişi verib.
Osman Kavala Türkiyənin tanınmış hüquq müdafiəçisi, Anadolu Kültür AŞ mədəniyyət fondunun təsisçisidir. Bu fond xüsusilə etnik və dini azlıqların layihələrini dəstəkləyir. 2020-ci ilin fevralında Türkiyə məhkəməsi Kavalanı 2013-cü ildə İstanbul Gəzi Parkı etirazlarında hökuməti devirməyə cəhddə iştirak ittihamı ilə bəraət qazandırsa da, İstanbul prokurorluğu həmin gün yeni həbs qərarı çıxarıb. Kavala bu dəfə 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhddə iştirakla bağlı yeni ittihamlarla üzləşib.
Akif Nəsirli