Erməni türkoloq: “Türk dəhlizi reallaşarsa, Süniki türklərə verəcəyik və Artsax mövzusunu bağlayacağıq”

Erməni türkoloq: “Türk dəhlizi reallaşarsa, Süniki türklərə verəcəyik və Artsax mövzusunu bağlayacağıq”
 

Paralel.az xəbər verir ki, erməni türkoloq Varujan Qeqamyan bir-birini istisna edən iki rəqabətli geosiyasi layihənin olduğunu, yaxın onilliklər üçün bütün Avrasiyada qüvvələrin bölgüsünün onların həyata keçirilməsindən asılı olduğunu söyləyib: “Onlardan biri Şimal-Cənub dəhlizi, digəri daha çox Türk-Zəngəzur dəhlizi kimi tanınan Şərq-Qərb dəhlizidir.

Hər ikisinin həyata keçirilməsinin arxasında da həm regional, həm də qlobal güclər dayanır. Onların hər ikisi bir fərqlə Ermənistan ərazisindən keçir.

Əgər “Şimal-Cənub” bütün ərazimizdən keçən və müttəfiqlərimizlə birlikdə bizi yenidən geosiyasi çəkiyə malik ölkəyə çevirən yoldursa, o zaman “Türk dəhlizi” reallaşacağı təqdirdə, biz Süniki türklərə təhvil veririk, Artsax mövzusunu da bağlayırıq. Biz İrandan qopub avtodayanacağa çevrilirik, yəni müstəqil dövlət kimi qalmaq şansımızı itiririk, tamamilə türk təsir zonasına çevrilirik”.

Nigar

0.01600193977356