İşxan Saqatelyan: “Bu o demək deyil ki, biz noyabrın 9-na kimi fəaliyyətsiz qalacağıq”

İşxan Saqatelyan: “Bu o demək deyil ki, biz noyabrın 9-na kimi fəaliyyətsiz qalacağıq”
 

Paralel.az xəbər verir ki, erməni siyasətçisi İşxan Saqatelyan məqsədlərinin nəyin bahasına olursa-olsun yeni güzəştlərin qarşısını almaq olduğunu söyləyib: “Noyabrın birinci ongünlüyündəki mitinqlə bağlı açıqlamam sosial şəbəkələrdə və müxtəlif məkanlarda qızğın müzakirələrə səbəb oldu. Bəziləri bizi ittiham edərək bildirirlər ki, noyabrın 9-da mitinq təşkil etmək mənasızdır, çünki onsuz da hər şey bitəcək.

Əziz həmvətənlər, reallıq budur. Bu müddət ərzində mübarizəmiz dayanmayıb, 9-10 noyabr tarixlərində mitinq təşkil etmək xahişi ilə İrəvan meriyasına müraciət etmişik. Hazırda 9 noyabr tarixinə planlaşdırılan mitinq qüvvədədir. Amma bu, o demək deyil ki, biz noyabrın 9-na kimi fəaliyyətsiz olacağıq və mitinqlər təşkil etməyəcəyik. Mən dəfələlə demişəm, indi də təkrar edirəm: bizim məqsədimiz Ermənistanın yeni kapitulyasiya və türkləşməsinin qarşısını almaqdır.

Bizim məqsədimiz heç vaxt hakimiyyətin ölkəni məğlubiyyətə aparmasına imkan vermək olmayıb. Biz keçən il müharibə günlərində belə etdik, vəziyyətdən çıxış yolu ilə bağlı daim təkliflər verdik. Müharibənin ən qızğın günlərində cəbhədə irəliləyiş üçün ölkədə hərbi-siyasi operativ qərargah yaradılmasını təklif etdik.

Mən sadəcə olaraq bir daha demək istəyirəm ki, ümumerməni müqavimətinin formalaşması həyati zərurətdir. Bu, eləcə də yeni itkilərdən qaçmağın yeganə yoludur. Fikrimcə, bəlkə də mənasız spekulyasiyalardan çəkinsək, biz həmrəy olacağıq, birləşəcəyik. Biz bunu edəcəyik, uğur qazanacağıq, Vətəni xilas edəcəyik.

Vacib olan vətəndir, itirilmiş vətəndə hakimiyyətin aradan qaldırılması deyil”.

Nigar

0.025336027145386