Sudanda çevriliş baş verib
Baş naziri hərbiçilər naməlum istiqamətə aparılıb
Paralel.az xəbər verir ki, Sudanın paytaxtı Xartum hərbçilər tərəfindən tamamilə mühasirəyə alınıb. Ölkənin mülki qüvvələri vətəndaşları hərbi çevrilişə qarşı müqavimət göstərmək üçün küçələrə çıxmağa çağırıb.
.Bu barədə “Əl-Cəzirə” yazır.
“Kommersant” qəzeti qeyd edir ki, paytaxta girişlər və şəhərdəki körpülər artıq bağlanıb, Sudan paytaxtının bir sıra rayonlarında internet kəsilib.
RİA Novosti yazır ki, Sudanın hərbi rəhbərliyinə qarşı çıxan "Həmkarlar İttifaqları Birliyi" ölkə sakinlərini küçələrə çıxmağa və "hərbi çevrilişə müqavimətlərini və vətəndaş itaətsizliklərini elan etməyə" çağırdı. Birlik əmindir ki, ölkədə 2019 -cu ildən bu yana ikinci hərbi çevriliş başlayıb.
Etirazlar silahlı şəxslərin Sudanın baş naziri Abdullah Hamdukun evini mühasirəyə almasından sonra başlayıb. Ondan başqa dörd nazir - rabitə, informasiya, maliyyə və sənaye nazirləri, həmçinin Xartum qubernatoru Ayman Nimr və Suveren Şuranın nümayəndəsi Məhəmməd əl-Faki saxlanılıb.
.Sudanda 2019-cu ildə prezident Ömər əl-Bəşirini də hərbiçilər çevirib.
Ölkədə hakimiyyətin iki qolu formalaşıb: Suveren Şuranın rəhbəri Əbdülfəttah əl-Burxan tərəfindən təmsil olunan ordu və baş nazir Abdullah Hamduk tərəfindən təmsil olunan mülki hakimiyyət.
Hər iki qanad ölkədə 2021-ci ilin noyabr ayına qədər keçid dövrünün qüvvədə olacağına razılaşdı.
Ölkənin İnformasiya Nazirliyindən verilən məlumata görə, hərbçilər Sudan Baş naziri Abdullah Hamduku naməlum istiqamətə aparıblar.
.
Daha əvvəl ev dustaqlığına alınan Hamduk, vətəndaşları küçələrə çıxaraq inqilabı müdafiə etməyə çağırdı. Agentlik çevrilişi dəstəkləyən bəyanat yaymaq üçün hərbiçilərin baş nazirə təzyiq edildiyini iddia edib.
Akif Nəsirli