Abramyan: “Ermənistanda hakimiyyət dəyişikliyindən sonra belə bir proses başlaya bilər”

Abramyan: “Ermənistanda hakimiyyət dəyişikliyindən sonra belə bir proses başlaya bilər”
 

Paralel.az xəbər verir ki, erməni deputat Tiqran Abramyan Vladimir Putinin açıqlamasının Azərbaycan və Türkiyənin mövqeyi ilə ziddiyyət təşkil etdiyini söyləyib: “Putinin bu açıqlaması Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmadığının təsdiqidir. Bu, müəyyən mərhələdə bizim maraqlarımıza uyğun proseslərin başlanması üçün imkanlar yaradır. Belə bir proses yalnız Ermənistanda hakimiyyət dəyişikliyindən sonra başlaya bilər.

Rusiyanın bu yanaşması münaqişənin həll edildiyini, məsələni hərbi yolla həll etdiklərini bəyan edən Azərbaycan və Türkiyənin mövqeyi ilə ziddiyyət təşkil edir.

Bakı müharibəyə başlamaqla danışıqların əsasında duran əsas prinsiplərdən birini - güc tətbiq etməmək və ya onun tətbiqi ilə hədələmə prinsipini pozub. Bu fakt hələ də lazımi beynəlxalq reaksiyanı almayıb. Ermənistan hakimiyyəti də bu məsələni lazımınca qaldırmır.

Tehran və Moskva Ermənistanın ərazi bütövlüyünü qorumaq, Ermənistanla İran arasında təhlükəsiz əlaqənin zəruriliyindən danışır və onların maraqları Ermənistanın maraqları ilə üst-üstə düşdüyündən, bu, Türkiyə və Azərbaycanı sıxışdırır. Yenə də deyirəm, Ermənistan hakimiyyəti öz hərəkətlərini bu ölkələrlə sinxronlaşdırmır, baxmayaraq ki, bu bizə fayda gətirə bilər. Ermənistan hakimiyyəti proseslərə heç bir təsir göstərmir”.

Nigar

0.018481016159058