Dini xurafatın meyvəsi cahillikdir 

 Dini xurafatın meyvəsi cahillikdir 
 
Qüdrət elmdədir, başqa cür heç kəs, 
Heç kəsə üstünlük eləyə bilməz! 
 Şeyx Nizami 

Molla rejimi İranın Azərbaycanın bölgədə artan nüfuzuna qısqanc münasibətindən dolayı bugünə qədər gizlində həyata keçirdiyi xain siyasətin qabarıq şəkildə üzə çıxması ilə Azərbaycanın din siyasətindəki boşluqları da ortaya qoymuş oldu. Məlum oldu ki, ölkəmizdə dini təriqət adı altında müxtəlif qruplaşmalar İran rejiminə qulluq edən “5- ci kolonrolunu oynaya biləcəkQumla yuyulmuş başlaryetərincədir. qəribədir ki, hamısının da istinadı müqəddəs kitabımızQurani-kərimdir.

Söhbətimizə körpü salan bilavasitə mövzuya aid bir Haşiyə:

YəqinNəsimifilminə çoxunuz baxmısınız. Orda Nəsimi ilə Əmir Teymurun qarşılaşdığı səhnə var. Doğrusu mənim bilgim yoxdur ki, bu səhnə tarixi mənbələrdə həqiqətənmi var, yoxsa filmin ssenari müəllifi bu epizodu Nəsiminin böyüklüyün göstərmək üçün özündən yazıb. Nəsimi-Əmir Teymur dialoqu dəqiqliklə yadımda qalmadığından onların söhbətini dırnaqsız yazmağa məcburam. Yer üzünün əşrəfi insan, Allah, din -Qarşılıqlı söz atışmasından sonra Teymurləng əmr edir ki, onun qolunu açın. Bu zaman Teymurləngin ətrafına toplaşmış din xadimləri arasında etiraz fonunda bir uğultu qopur: “Ya əmir o kafirdir, onu sağ buraxmaq olmaz, asmaq lazımdır!” çağırışları səslənir. Əmir Teymur əsəbi halda onlara sarı dönür deyir ki,  istəyirsiz hər səfərdə varidatımın yarısını ( ələ keçirilən qənimət nəzərdə tutulur) sizə verirəm: «Hanı sizin kəlamınızın qudrəti? vaxta qədər baş kəsməklə qalib gələcəm mənBu gün bütün Şərq, Mavənnəhir ondan danışır, onun əsrarın əzbərdən deyir nəvəsini göstərərək qəzəblə onun da Nəsimini oxuduğunu bildirir. Üləmalar fakt qarşısında başlarını aşağı salıb susurlar.

30 ildir müstəqil dövlətik, bugünə qədər cəmiyyətdə nüfuz sahibi olan, sözü eşdilə biləcək bir din xadimi-üləma, müctəhid yetişdirib ortaya çıxara bilməmişik. Halbuki 1992-ci ildən BDU-da ilahiyyat fakultəsi, elə həmin illərdən Bakıda ayrıca İslam Universiteti fəaliyyət göstərməyə başlayıb. Yeri gəlmişkən, ilahiyyat fakultəsinin yarama tarixçəsini yada salaq. 1992-ci ildə Azərbaycana səfərə gələn (tarixdə səhv edə bilərəm-R.K) Türkiyənin sabiq prezidenti, rəhmətlik Turqut Özal dövrün Azərbaycan prezidenti Elçibəylə (Ruhu şad olsun!) BDU-nu ziyarət edərkən ali təhsil ocağında dinin tədrisinin əhəmiyyətini vurğulayır. Elə həmin ildə Elçibəyin qərar ilə sözügedən universitetdə ilahiyyat fakultəsi açılıb. Ayrıca İlahiyyat Universiteti yaranana qədər bu fakultə İslam Universitetinin təxminən 5 minə yaxın məzunu olub. Amma bugün  onlardan üzdə olanı yoxdur. Teymurləng demiş, dövlət milyonlar xərcləyib ortada barmaqla göstəriləsi inam, etibar, hörmət qazanmış düz-əməlli bir din alimi yoxdur. Əvəzində İranın dini təhsildən daha çox cəsus yetişdirdiyi dini məktəblərində, o cümlədən Qumda oxumuş saqqalı mollaları meydanda at oynadır, bizə dini moizələr oxuyur. Rayonlardakı məscidlərə dünən araqdan imtina edənlər axund təyin olunur. Ərəb əlifbasın bilmədiyi halda yas məclislərində mollalıq edən qədər alkaş, nakoman var. Az-çox tanınan üzdə olan, dindən danışanlarımızın isə ali dini təhsili yoxdur, ixtisası başqadır. Məsələn, Allahşükür əkəni əvəzləyəcəyi deyilən Hacı Şahin yanılmıramsa ya Texniki, ya da İnşaat Universitetin bitirib, ilahiyyatçı Elşad Miri Qafqaz Universitetinin məzunudur digərləri onlar kimi. Desək ki, bizdə savadlı din əhli yoxdur, ədalətsizlik etmiş olarıq. Var vətənpərvərləri çoxdur, sadəcə ölkənin dini siyasətini həyata keçirənlər bu sahədən bixəbər naşılar olduqlarına görə onlar kölgədə qalıb. Təsəvvür edin yarandığı tarixdən bugünə qədər Dini Qrumlarla üzrə Komitəyə rəhbərlik edənlərin heç birinin, hətta müavinlərin belə dini təhsili yoxdur. Onlar hardan bilsin ki, Ocaqnejati kimi vələduznanın sitat gətirdiyi Qurani-Kərimdə filan ayənin, yaxud surənin məzmunu, mahiyyəti mənası nədir.

Bizə mövhumatı deyil, dinin mütərəqqi tərəflərini izah edən, dünya ölkələrinin Konstitusiyaların özəyini təşkil edən Qurani-Kərimdəki mesaların mahiyyətini elmi əsaslandırmalarla təbliğ təşviq edən milli din xadimləri, üləma müctəhid yetişdirmək lazımdır. Bu olmadıqca  sabah başqa bir Ocaqnejati peyda olacaq həm xümus adıyla bisavad dindaşlarımızın pulunu mənisəyəcək, həm mənasız fikirlərlə beynləri zəhərləyib, təriqətlərarası münasibətləri dosluqdan düşmənçiliyə daşıyacaq.

 Rövşən Kəbirli, Paralel.az
0.051498889923096