Müxalifətçi-deputat: “Ermənistan hakimiyyəti böyük sürətlə demokratiyadan uzaqlaşır”
Paralel.az xəbər verir ki, müxalif “Ermənistan” blokundan olan deputat Kristina Vardanyan Ermənistanda hakimiyyətin böyük sürətlə demokratiyadan uzaqlaşdığını söyləyib. Onun fikrincə, ölkədə demokratiya ilə bağlı vəziyyət Nikol Paşinyan və komandasının hakimiyyətə gəlməsindən əvvəlkindən qat-qat pisdir: “Ermənistanda mövcud hakimiyyət özünə hər cür bəraət qazandırmağa və yerli özünüidarə orqanlarına son seçkilərdə məğlubiyyətini demokratiyanın birmənalı qələbəsi kimi təqdim etməyə çalışacaq. Halbuki bu, belə deyil.
Xalq səsvermə yolu ilə Gorus şəhərinin meri Aruşa Aruşanyana qarşı irəli sürülən ittihamlara cavab verdi. Bu həm də göstərdi ki, Ermənistanda müqaviməti davam etdirmək üçün hələ də resurs var”.
Nigar