İran polisindən biabırçı addım
Paralel.az sosial şəbəkələrin İran seqmentinə istinadən xəbər verir ki, iranlı polislər qadını qorxutmaq üçün hər yola əl atırlar.
Güney Azərbaycanın Urmu şəhərində polisin daha bir qeyri-insani və biabırçı addımı videoya çəkilib.
Polis, maşınından düşmək istəməyən cavan xanımı qorxutmaq üçün sözün əsl mənasında hər yola əl atır.
Belə ki, sürücü qadın "əxlaq polisi"nin bir qızı hicabına görə incitdiyini görür və buna etiraz edir. Bu isə onların xoşuna gəlmədiyindən həmin xanımın maşınının arxasınca düşüb onu saxladırlar.
Xanım maşının qapısını açmır, polislər isə onu videoya çəkirlər. Habelə, öndə dayanan polis maşını xanım sürücünün guya onların maşınını vurduğunu iddia etmək üçün polis maşınını arxaya sürərək onun avtomobilini yüngül əzir.
Daha sonra ətrafdakılar da İran polisinin bu cür davranışına və xanımı incitməsinə etiraz edirlər.
Akif Nəsirli
--