Dinc insanlara işgəncə verən İngilis əsgərləri cəzadan xilas oldu
Paralel.az RİA Novosti-ya istinadən xəbər verir ki, müstəntiqlər İraqda Britaniya əsgərlərinin cinayətləri ilə bağlı 1291 işi bağladılar
2003-2009-cu illərdə İraqda xidmət edən İngilis əsgərləri insanlıq əleyhinə bir sıra cinayətlərə görə cəzadan xilas olunublar. Əsgərlər kütləvi işgəncələrdə, döyməkdə və qaçırılmaqda günahlandırıldı, lakin İngiltərə müstəntiqləri bütün cinayət işlərini bağladı və bir əsgəri belə ədalət məhkəməsi qarşısına çıxarmadı.
Middle East Monitor bu barədə yazır: "1291 işin heç biri cinayət təqibi və ya həbs cəzası ilə başa çatmamışdır. İngiltərə müdafiə naziri Ben Uolles ittihamların bəzilərinin doğru olduğunu, lakin əksəriyyətinin sübuta yetirilmədiyini söylədi.
İraq vətəndaşları və beynəlxalq insan haqları müdafiəçiləri İngilis əsgərlərini "şübhəli şəxslərə" - adətən adi İraq mülki vətəndaşlarına - özbaşına həbsdə, fiziki və zehni işgəncələrdə ittiham ediblər".
Ərizəçilərə görə, insan hüquqları pozuntularının ümumi sayı 1300-ü keçib, 280 halda cinayət əməli qurbanların ölümünə səbəb olub.
Akif Nəsirli