Qriqoryan yenə yalan danışdı
Paralel az-ın məlumatına görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, Ermənistanın suveren ərazisindən Azərbaycana dəhliz verilməsi ilə bağlı danışıqlar aparılmayıb və aparılmır da: "Əgər Bakının məntiqinə əsaslansaq, onda bu cür dəhliz Ermənistana da verilməlidir ki, Asiya ölkələrinə çıxışı olsun. Ermənistan nəqliyyat dəhlizi məntiqi çərçivəsində hər hansı məsələni müzakirə etməyib, etməyir və etməyəcək də".
Ermənistan rəsmiləri ya hələ də anlamır ki, onları məhv olmaqdan xilas edən 10 noyabr bəyannaməsi ilə Zəngəzur nəqliyyat dəhlizinin açılmasına razılaşıblar, ya da müvəqqəti olaraq xalq qarşısında özlərinə bəraət qazanmaq üçün danışıqlarda bir, daxili auditoriyaya isə başqa söz deyirlər. Yadınızdadırsa 44 günlük müharibədə də erməni hökuməti hər gûn irəlilədiyini deyirdi. Bu bəyanatların sonu ermənilər üçün 44 günlük müharibənin finalından daha acınacaqlı olacaq.
Akif Nəsirli