Türkiyə XİN-i Rusiya və NATO-nu dialoqu davam etdirməyə çağırıb
Paralel.az RİA Novosti-yaistinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilqiç bildirib ki, Ankara Rusiya ilə NATO arasında dialoqu davam etdirmək istəyir.
"Rusiya Federasiyası ilə NATO-nun dialoqunu davam etdirməsini istəyirik. Bu arzularımızı həm Rusiya tərəfinə, həm də NATO müttəfiqlərimizə çatdırırıq, - Bilqiç jurnalistlərə deyib.
NATO əvvəllər Rusiya missiyasının 8 əməkdaşının ittifaqa akkreditasiyasını ləğv etdiyini və Rusiya Federasiyası üçün akkreditasiya sayını 10-a endirdiyini açıqladı. Rusiya xarici işlər naziri Sergey Lavrov bazar ertəsi Moskvanın cavab tədbirlərini açıqladı: "Moskvadakı NATO hərbi əlaqə missiyasının işini dayandırmaqla yanaşı, onun informasiya bürosu da bağlanır. Rusiyanın NATO-dakı daimi nümayəndəliyi də işi noyabrın 1-dən və ya bir az sonra dayandırır. .Rusiya ilə təmaslar üçün ittifaq Rusiyanın Belçikadakı səfiri ilə əlaqə saxlamalıdır".
Akif Nəsirli