Ermənistan öz diasporunu yaşamaq və işləmək üçün rəsmən ölkəsinə cəlb edir
Paralel.az xəbər verir ki, erməni hakimiyyəti diaspor mütəxəssislərinin Ermənistanda işləyib-yaşamaq hüququnu asanlaşdırmaq istəyir. Parlament sədrinin müavini Akop Arşakyan deyib ki, bu barədə artıq hökumət qərarları paketi hazırlanır: “Ona əsasən, diasporadan yüksək texnologiyalar sahəsində tələb olunan mütəxəssislər “bir pəncərə” prinsipinə uyğun olaraq Ermənistanda işləmək və yaşamaq hüququ əldə edəcəklər. Ermənistan parlamenti və Yüksək Texnologiyalar Sənayesi Nazirliyi ölkədə yüksək texnologiyalar sektorunun inkişafının növbəti mərhələsinə start verəcək qanun layihəsinin təşəbbüskarıdır.
Müdafiə sənayesində bir çox çətinliklər var. Xüsusilə, ölkə qanunvericiliyinin islahatlara ehtiyacı böyükdür. Bu sahə ilə məşğul olan şirkətlərin vergilərdən azad olunduğu kosmos sənayesi ilə bağlı qanun da var. 2018-ci ildən bəri təxminən 1000 şirkət fayda əldə edib. Onlardan bir çoxu ölkəyə on milyonlarla dollar sərmayə qoyub”.
Nigar