Bizə «dost», ermənilərə qardaş Rusiya
Paralel.az xəbər verir ki, Rusiya hökuməti Paşinyan iqtidarını qorumaq məqsədi ilə Ermənistana iqtisadi dəstək verməkdə davam edir. Belə ki, iki gün əvvəl Yerevanda keçirilən 8-ci Rusiya-Ermənistan Forumuna sədrlik edən Rusiya iqtisadi inkişaf nazirinin müavini Dimitri Volvaç öz çıxışında bəyan edib ki, Rusiya yaxın gələcəkdə Ermənistana daha 1 milyard dollar investisiya yatırmağı qərarlaşdırıb. Dimitri Volvaç onu da tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Rusiyanın Ermənistan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi ildən-ilə artır:» Hazırda 2,2 milyard dollar təşkil edir ki, bu da Ermənistana yerləşdirilən bütün xarici investisiyaların 40 faizi deməkdir. Ən azından gələcəkdə də, bu tempi saxlamaq lazımdır».
Görünür rusiya da, İran kimi bizə «dost» erməniyə qardaş dövlətdir. Rusiya Azərbaycana dost, qardaşa dövlət olsaydı, həmin 1 milyard dolları Qarabağın bərpasına ayırardı ki, bu viranəlikdə mənim də əlim olub. Yox, o ermənistana dəstək verir ki, güclənsin, yeni viranələr yaratmaqda Rusiyanın yanında olsun.
Yusif Seyid