Qərbin Ermənistandan narazılığı artır
Paralel.az xəbər verir ki, “Hraparak” qəzeti son aylarda Ermənistan hakimiyyətinin davranışları səbəbindən Qərbin və beynəlxalq strukturların narazılığının açıq şəkildə artdığını yazıb: “Bu, sorositlərin narazılığını, Qərbin maliyyələşdirdiyi medianın hökumətyönlü mövqedən hakimiyyəti sərt tənqid xəttinə keçən davranışlarını sübut edir. Ancaq başqa sübutlar da var. ABŞ-ın Ermənistandakı səfiri son vaxtlar vətəndaş cəmiyyəti, müxalifət dairələri ilə görüşür və ölkədə baş verənlərdən narazılığını gizlətmir. O, açıq şəkildə bildirib ki, Ermənistanda insan haqları və demokratiya sahəsində ciddi geriləmə qeydə alınıb. Narahatlıq bir neçə istiqamətdə və söz azadlığı ilə bağlı məsələlərdə səslənib”.
Nigar