Ermənilərdən hər sahədə məğlubiyyət etirafı...

Ermənilərdən hər sahədə məğlubiyyət etirafı...
 

Paralel.az xəbər verir ki, erməni siyasətçisi Armen Badalyan hakimiyyətin növbəti məğlubiyyəti barədə açıqlama verib. O deyib ki, Paşinyan həbsxanadan və xəstəxanadan məğlub olub. Aruşanyan istintaq təcridxanasında, Balasanyan isə kovidlə bağlı klinikada idi: “O, hər ikisinə uduzdu. Bu, onun üçün bir zərbədir, çünki hökumət bütün resurslarını istifadə etdi, amma sonunda məğlub oldu”.

A.Badalyan yerli özünüidarəetmə orqanlarına seçkilərdə səsvermənin nəticələrini şərh edərkən deyib ki, bu nəticələr digər seçkilərə də təsir edəcək: “Hakimiyyətdə olan insanlar öz məğlubiyyətlərini görəndə daha az həvəslə işləyəcəklər. Lakin 14 noyabrda Kapan, İcevan və Stepanavanda keçiriləcək seçkilər də vacibdir. Müxalifət ən azı bir və ya iki icmada, dekabrın 5-də isə bəzi icmalarda qalib gələ bilsə, gələn il Ermənistanda nəticələr tamamilə fərqli ola bilər. İnanıram ki, biz yeni erkən parlament seçkilərinin şahidi olacağıq”.

Nigar

0.019711017608643