Eksklüziv

Eksklüziv
 
Pandemiya Rusiya hökumətini ciddi təşvişə salıb
 
Paralel.az xəbər verir ki, elə indicə Rusiya Federasiyasındakı mənbəmizdən aldığımız məlumata görə, bu ölkədə pandemik vəziyyət kritik həddə çatıb. Gündəlik yoluxma halları 30-40 mini keçir. Rusiya hökuməti oktyabr ayının 25-dən fevralın 1-nə kimi, sərtləşdirilmiş rejimin tətbiqinə keçməyi planlaşdırır. Artıq bu istiqamətdə müəyyən addımların atıldığı da müşahidə olunur. Belə ki, yaşı 60-ı keçən şəxslər üçün market və apteklər istisna olmaqla küçəyə çıxmaq qadağan olunub. Artıq pandemiya qaydalarını pozan şəxslər də 5000 rub. cəriməyə məruz qalırlar. Mənbə qeyd edir ki, bütün bunlara baxmayaraq, insanlar (etiraf etdi ki, onun özü də, vaksin olunmayıb) vaksinasiyaya ciddi yanaşmırlar. Mənbəmiz həmçinin bildirdi ki, hazırda təkcə RF-nin paytaxtı Moskva şəhərində 20 milyondan artıq incan yaşayır ki, onların da böyük əksəriyyətinin heç bir yerdə qeydiyyatı yoxdur.
Onlar hesab edirlər ki, vaksin olunduqları halda, onlar nəzarətə götürüləcəklər və burada yaşamaq onlar üçün problemə çevriləcək. Həmin insanların arasında həmvətənlərimiz də az deyillər. Son rəsmi məlumatlarda sərtləşdirmənin səbəbi kimi, həm də İcraildə meydana çıxan «delta» ştamının «AY.4.2» mütasiyasının Rusiyada da aşkar olunması göstərilir. 
Y.Seyid
 
0.017170906066895