Güney Azərbaycanda iki fəal məhkəməyə çağırılıb

Güney Azərbaycanda iki fəal məhkəməyə çağırılıb
 

Güney Azərbaycanda iki fəal məhkəməyə çağırılıb

Paralel.az xəbər verir ki, Güney Azərbaycanlı milli-mədəni fəallar Yusif Səlahşur və Mir Səttarinin Təbrizin 2 saylı Cinayət Məhkəməsinin 111-ci şöbəsində mühakiməsi keçiriləcək. Bu barədə onlara İranın Məhkəm Sisteminin elektron sistemindən rəsmi qaydada çağırış gəlib.

Bildirilir кi, Yusif Səlahşur  məhkəməsi prosesi oktyabrın 27-nə, Əmir Səttarinin məhkəməsi isə oktyabrın 29-na təyin edilib. Çağırış vərəqəsində Yusif Səlahşura qarşı "çaxnaşma yaratmaqla Ictimai asayişi pozmaq", "Xuzistan iğtişaşlarına dəstək olmaq məqsədiyə iyulun 24-də Təbrizdə keçirilmiş icazəsiz etiraz aksiyasında iştirak", "kommunikasiya vasitələrindən istifadə etməklə internet üzərindən insanları zorakılığa təşviq etmə" və «İslam Cümhuriyyəti siyasi sisteminə qarşı təbliğat fəaliyyət” kimi itihamllar irəli sürüldüyü qeyd edilib.
Akif Nəsirli

0.018524885177612