Qəzvin səhərində polis vətəndaşı döydü
Paralel.az sosial şəbəkələrin İran seqmentinə istinadən xəbər verir ki, Qəzvin şəhərində polis vətəndaşa qarşı zorakılıq edərək onu döyüb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə İranın Qəzvin şəhərində polis məmurlarının vətəndaşı döydükləri, buna mane olmağa çalışan insanları isə havaya atəş açaraq qorxutmağa çalışdığı görünür.
Xatırladaq ki, İranda bu cür hadisələr tez-tez baş verir.
Döyülən adam günahkar olsa belə, polisin onu döyməyə və insanları qorxutmağa heç bir hüququ yoxdur. Təqsirləndirilən şəxslə qanun çərçivəsində davranmalıdır.
Akif Nəsirli