Ömrü uzadan altı yoxlanılmış vərdiş

Ömrü uzadan altı yoxlanılmış vərdiş
 

Sadə gündəlik məşğuliyyətlər ümumi hal-əhvalı yaxşılaşdıra ömrün uzunluğuna müəyyən təsir göstərə bilər.

Mümkün uzunömürlülük baxımından gündəlik vərdişlər pəhriz qədər böyük təsir göstərə bilər. Uzun ömür əldə etmək üçün onu qısaltmağa qadir olan bir çox sağlamlıq problemindən uzaq olmaq lazımdır - bu sadə, lakin təsirli prinsip barədə ingilis əczaçı Culiya Gerrini müsahibədə xatırladıb. “Medic-Forumömür uzunluğunun artırılmasına kömək edən amillər barədə məlumat verir.

Müəyyən vaxtda yuxuya getmək. Yuxusuzluq bir sıra xəstəliklərin riskini artırır, lakin insan normadan çox yatanda depressiya ömrünüzə mənfi təsir edə biləcək digər xəstəliklərə meyilliliyi ilə əlaqələndirilir. Mütəxəssislər hesab edir ki, hər gecə yeddi-səkkiz saat yatmaq lazımdır.

Düzgün tənzimlənən gecə yuxusu ümumi sağlamlıq rifah üçün həlledici əhəmiyyət kəsb edir son nəticədə daha çox yaşamaq şansını artırır”.

Meditasiya. Xroniki stres təkcə ruhi sağlamlığa deyil, həm fiziki sağlamlığa mənfi təsir edir, insan ömrünü qısaldır. Meditasiya nəfəs məşğələləri bədəndəki kortizol (stres hormonu) səviyyəsini azaldır, psixoloji vəziyyəti yaxşılaşdırır immun sistemini gücləndirir. Bu vərdişin müntəzəm olaraq əldə edilməsi ümumi stres narahatlıq səviyyələrini azaldacaq nəticədə ömrü uzatmağa kömək edəcək.

Aktiv fəaliyyət. Uzun müddət sağlam yaşamaq arzusunda olan insanlar üçün aktiv qalmaq həyati əhəmiyyət kəsb edir - buna hətta həftədə ən azı beş dəfə hər gün 15-30 dəqiqəlik orta fiziki məşq etməklə (məsələn, parkda gəzmək) nail olmaq olar.

İstifadə edilən spirtli içkilərə nəzarət edilməsi. Mütəmadi olaraq spirtli içkilərin qəbul edilməsi ürək xəstəlikləri riskini artıra, qan təzyiqini yüksəldə, çəki almağa kömək edə bir çox başqa problemə səbəb ola bilər. Spirtli içkilərin qəbul edilməsinə nəzarət etmək vərdişi - uzun ömür üçün ən vacib vərdişlərdən biridir.

Çay qəhvə qəbul etmək. Mütəxəssis qeyd edir ki, bu içkiləri normal miqdarda qəbul etmək vərdişi xroniki xəstəlik riskinin aşağı olması ilə əlaqədardır. C.Gerrininin sözlərinə görə yaşıl çay, sağlamlıq üçün ən faydalı ilıq içkilərdən biridir xərçəng xəstəliyinin bəzi növlərinə, diabetə ürək xəstəliklərinə daha az meyillilik onun qəbul edilməsi ilə əlaqələndirilir. Qəhvə içmək 2-ci növ diabetin, ürək xəstəlikləri, altsheymer parkinson xəstəlikləri riskini azaldır.

İnciməmək. Fərqli həyat şəraitini fəlsəfi nöqteyi-nəzərdən qəbul etmək, inciməmək kin saxlamamaq vərdişi, son nəticədə insanın ömrünü uzada bilər. Xroniki qəzəb ürək xəstəlikləri, ağciyərin sağlamlığının pozulması insultlar kimi bir çox xəstəliklərlə əlaqədardır. Bağışlayaraq inciklikdən xilas olaraq, biz narahatçılığımızı azaldır qan təzyiqimizi yaxşılaşdırırıq.

0.013128995895386