Finlandiyada odun satan yeni avtomat qurğu işə salınıb
Finlandiyanın Oulu şəhərində ölkədə ilk dəfə olaraq odun satan qurğu fəaliyyətə başlayıb.
Şəhərin bir hissəsi olan Hietasaari adasında yerləşən avtomat qurğuda 30 satış yuvası var, bir dəst odunun qiyməti də 3,95 avrodur. Burada odun alış-verişi onlayn şəkildə də həyata keçiriləcək.
Hələlik sınaq müddətində olan odun avtomat qurğuya başqa şəhərlərin də maraq göstərdiyi bildirilir.