Avropa Parlamenti Navalnıya Saxarov Mükafatını verdi

Avropa Parlamenti Navalnıya Saxarov Mükafatını verdi
 

Paralel.az RİA Novosti-ya istinadən xəbər verir ki, Avropa Parlamenti 2021-ci il üçün Saxarov Mükafatını Aleksey Navalnıya verib.

Bu təklifi Avropa Parlamentinin ən böyük fraksiyası olan Avropa Xalq Partiyası ERP (EPP) irəli sürüb.

"Rus müxalifət lideri Aleksey Navalnı 2021-ci il üçün Saxarov Mükafatının sahibidir", - fraksiya "Twitter" səhifəsində yazıb.

Navalnıdan başqa Saxarov Mükafatının qısa siyahısına Əfqanıstan qadınları və Boliviyadan olan hüquq müdafiəçisi də daxil idi. Mükafatlandırma mərasimi, AP-nin dekabrın 15 -də Strasburqda keçiriləcək plenar iclasına planlaşdırılır.

Avropa Parlamenti hər il akademik Andrey Saxarov Mükafatını Avropa parlamentarilərinin fikrincə insan hüquqlarının və fundamental Avropa dəyərlərinin qorunmasına əhəmiyyətli töhfə verən görkəmli insanlara və təşkilatlara verir. Mükafat 1988-ci ildə təsis edilmişdir. 2020-ci ildə mükafat Belarus qadınlarına verilib.
Akif Nəsirli

0.027095079421997