Belarusun Nyu-Yorkdakı Baş Konsulluğu bağlandı
Paralel.az TASS-a istinadən xəbər verir ki, diplomatik nümayəndəlik daha əvvəl Amerika tərəfinin tələbi ilə işini dayandıracağını açıqlayıb.
Belarusun Nyu-Yorkdakı Baş Konsulluğu, Baş Nazir Roman Qolovçenkonun imzaladığı Respublika Nazirlər Şurasının qərarına əsasən bağlanıb. Müvafiq sənəd çərşənbə günü dövlətin rəsmi internet portalında dərc edilib
"Belarus Respublikasının Nyu -Yorkdakı (Amerika Birləşmiş Ştatları) Baş Konsulluğunun 20 oktyabr 2021-ci il tarixinə qədər bağlanması" - sənəddə yazılıb.
Baş Konsulluq əvvəllər Amerika tərəfinin tələbi ilə oktyabrın 21-də işini dayandıracağını bildirmişdi. Kanada da daxil olmaqla baş konsulluğun konsulluq bölgəsi ərazisində yaşayan Belarus vətəndaşları, diplomatik korpusun bağlanmasından sonra respublikanın ABŞ-dakı səfirliyi ilə əlaqə saxlaya biləcəklər. Belarus Xarici İşlər Nazirliyi Vaşinqtonun Nyu-Yorkdakı Baş Konsulluğunu bağlamaq tələbindən təəssüfləndiyini bildirib.
Amerikanın Minskə qarşı sanksiyalarının bərpası fonunda Belarus Xarici İşlər Nazirliyi ABŞ-a Minskdəki səfirliyinin sayını sentyabrın 1-dək 5 nəfərə endirməyi təklif edib. Həmçinin Belarus tərəfi Julie Fisher-in ABŞ-ın Belarusdakı səfiri təyin edilməsinə əvvəlcədən verilən razılığı geri götürdü.
Akif Nəsirli