İsraildə yeni növ COVID-19 aşkarlanıb

İsraildə yeni növ COVID-19 aşkarlanıb
 

"Delta" ştamından daha yoluxucu ola biləcək AY.4.2 adlı koronavirusunun yeni bir variantı xaricdən İsrailə qayıdan bir uşaqda tapılıb.

Bu barədə İsrailin 12-ci kanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

“Bundan əvvəl bir neçə Avropa ölkəsində aşkarlanan AY.4.2 stamı İsraildə xaricdən qayıdan 11 yaşlı bir oğlan uşağında tapılıb. Test Ben-Gurion hava limanında aparılıb", - məlumatda ​​deyilir.

İsrail media xaricdən qayıtdıqdan sonra uşağın təcrid olunduğunu və heç kimlə əlaqə saxlamadığını qeyd edir.

Səhiyyə orqanları yeniyetmənin haradan gəldiyini açıqlamır.
Akif Nəsirli

0.01677393913269