Peskov Ərdoğanın açıqlaması ilə tanış olacağına söz verib
Paralel.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fikirlərindən bəhs edib. Rus mətbuatı yazır ki, o, dünyanın taleyinin İkinci Dünya Müharibəsində qalib gələn “bir ovuc” tərəfindən həll edilməməsilə bağlı açıqlama ilə tanış olacağına söz verib.
Xəbərə görə, Ərdoğan Anqolaya səfəri zamanı bildirib ki, bəşəriyyətin, insanlığın taleyi İkinci Dünya Müharibəsində qalib gələn “bir ovuc ölkə”nin mərhəmətinə buraxılmamalıdır. Onun sözlərinə görə, dünya, diplomatiya, ticarət, beynəlxalq münasibətlər köklü dəyişikliklərə məruz qalarkən, qlobal təhlükəsizliyin arxitekturasının eyni qalması ağlasığmazdır. Türkiyə prezidenti BMT Təhlükəsizlik Şurasının daimi üzvləri mənasını verən “dünyanın beşdən çox” olduğunu vurğulayıb.
Peskov isə deyib ki, rus dilində “bir ovuc ölkə” diplomatiya baxımından bütün yükü üzərinə götürən və dünyanı faşizmdən qurtarmaq üçün çox şey qurban vermiş güclərə tətbiq olunmayan bir qədər aşağılayıcı anlayışdır. Burada bir çox vacib nüans olduğunu
söyləyən Peskov, jurnalistlərə açıqlamasında Ərdoğanın fikirlərini öyrənəcəyinə söz verib.
Nigar