İrandan mûhacirət dalğası
Paralel az xəbər verir ki, ildə İrandan 700 min nəfər yerli sakin xaricə köçür.
İranli iqtisadçı-ekspert Eyni Arman deyib ki, hər il yeddi yüz min insan İrandan mühacirət edir. Bu, İran üçün böyük bir həyəcan siqnalıdır.
Eyni zamanda, əhalinin artım sürətini və doğum nisbətini 1,1 % hesab etsək, İranda yaşayan maksimum faktiki əhali 70 milyondan çox deyil.
Ekspert vurğulayır ki, belə davam etsə qarşıdakı illərdə İranda əhali azalacaq.
Akif Nəsirli