Paşinyana səs verənlər öz seçiminə peşman olub
Paralel.az xəbər verir ki, Vahe Akopyan iyunun 20-də Nikol Paşinyana səs verən insanların bir qisminin indi öz seçimlərindən peşman olduğunu söyləyib.
Milli Məclisin “Ermənistan” fraksiyasından olan millət vəkili, Sünikin keçmiş qubernatoru Vahe Akopyan NEWS.am-a müsahibəsində belə deyib: ”Parlament seçkiləri zamanı hakim qüvvə inzibati resursdan amansızcasına istifadə etdi. Ordu və mobil qruplar qanunsuz olaraq pasport və təzyiq göstərdi. Aruşa Aruşanyanın bu gün ittiham olunduğu eyni şeyi Gorusda hakim partiyadan olan bəzi millət vəkilləri etdi. Səlahiyyətlilər çoxsaylı polis məmurunu Sünikə köçürüblər. Müharibə günlərində orda o qədər hüquq-mühafizə orqanı əməkdaşı olsaydı, türklər bu gün yollarımızda oturmazdı.
Gorusda baş verənlərin güclü təsiri olacaq. İndi artıq hər şey göz qabağındadır, hazırkı rejimdə insanlar qaçmağa çalışacaq. İyunun 20-də Paşinyana səs verən insanların bir hissəsi artıq peşman olublar”.
Nigar