Bakıda dayanacaqların vəziyyəti necədir?
Bir çox Bakı sakinləri əmindirlər ki, avtobus dayanacaqlarının sayı artsa da, bu, şəhəri piyadalar üçün daha təhlükəsiz etməyib. Bəzi dayanacaqlar yolların kəsişmələrində quraşdırılaraq həm sürücülər, həm də piyadalar üçün təhlükəli fövqəladə vəziyyət yaradır.
Şəhər sakinlərinin dediyinə görə, dayanacaqlar yolun kənarından daha uzaq olmalıdır ki, piyadalar yolun hərəkət hissəsinə daxil olmasınlar. Yağışlı havalarda onlarda çox sıxlıq olacağı üçün dayanacaqların daha çox olması lazım olduğuna inanırlar.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev paytaxtda hələ də standartlara cavab verməyən dayanacaqların olması ilə razılaşır.
Ekspert Elməddin Muradlı hesab edir ki, Bakıda cib tipli dayanacaqlar quraşdırılmalıdır. Belə ki, dayanacağa daxil olan avtobuslar və sərnişinlər aktiv hərəkət hissəsindən qorunacaq.
Avtobusların gec gəlməsi səbəbindən dayanacaqdakı sərnişinlərin sayı artır.
Akif Nəsirli