Bakıdan 5 nəfər erməni əsiri gətirən Rusiya təyyarəsi "Erebuni"yə enib- əsirlər dəyişdirilib
Hərbi əsirləri Yerevana Rusiyanın Hava-Kosmik Qüvvələrinin təyyarəsi gətirib.
Paralel.az xəbər verir ki, Sputnik Ermənistanın eksklüziv kadrlarında beş erməni hərbçisinin - Mels Ambardaryanın, Rafiq Karapetyanın, Jora Manukyanın, Ovsep Manukyanın, Sedrak Soqomonyanın Rusiyanın keçmiş və fəaliyyətdə olan sülhməramlı komandanı general Rüstəm Muradovun və general - leytenant Gennadi Anaşkinin müşayiəti ilə təyyarənin pilləkəni ilə enməsi müşahidə olunur.
Hava limanında onları Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin və Ermənistan-Rusiya birləşmiş qoşunlarının komandanı general-mayor Tiqran Parvanyan qarşılayıblar.
Hərbi əsirlər aerodromdan ayrılır, onları tibbi müayinə üçün hospitala aparırlar.
Erməni əsirləri ilə təyyarə oktyabrın 19-da çərşənbə axşamı "Erebuni" hava limanına enib.
Bakıda saxlanılan erməni vətəndaşlarının qaytarılması prosesi Rusiyanın sülhməramlı kontingentinin keçmiş komandanı general Rüstəm Muradovun iştirakı ilə baş tutub.
Ermənistanın Şirak vilayətindən qayıtmış əsirlərin hamısı iyulda Bakıda 6 il müddətinə azadlıqdan məhrum edilib.
Onlara "Azərbaycanın sərhədini qanunsuz keçməklə", "Hadrutun şimal-qərb hissəsində meşə və digər mövqeləri ələ keçirməklə"ittiham olunurdu. Bundan başqa, erməni əsirləri Azərbaycan ərazisində "partlayışlar, yanğınlar və digər terror aktları" həyata keçirməkdə, həmçinin casusluqda ittiham olunublar.
Ermənistan parlamentinin spikeri Bakıda saxlanılan məhbusların təxmini sayını adlandırıb.
Son dəfə erməni əsirləri sentyabrın 7-də Ermənistan tərəfinə qaytarılıb. Artur Nalbandyan və Aramais Torozyan vətənə qayıtdılar. Hər iki hərbçi iyulun 14-də səhər Ermənistanın Sünik vilayətindəki Qara Göl yaxınlığında itib. Onları avqustun sonunda Martakertdəki evlərdən birinə girən və Ermənistan tərəfindən həbs edilən azərbaycanlı hərbçi Cəmil Babayevlə əvəzləyiblər.
Züleyxa