Yerevan Rusiyanın Qarabağda erməni irsinin qorunmasına köməyini vacib sayır

Yerevan Rusiyanın Qarabağda erməni irsinin qorunmasına köməyini vacib sayır
 

 

Ermənistan tərəfi 44 günlük müharibə nəticəsində Azərbaycanın nəzarətinə keçmiş ərazilərdə erməni irsinin qorunması məsələsində Rusiyanın köməyini vacib hesab edir.

Paralel.az xəbər verir ki, bu barədə Ermənistanın Təhsil, elm, mədəniyyət və idman naziri Vaqram Dumanyan RF prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi İqor Maslov başda olmaqla Rusiya nümayəndə heyəti ilə görüşdə bildirib.

Ermənistanın naziri Vaqram Dumanyan Rusiya prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi İqor Maslovu və Rusiyanın səfiri Sergey Kopırkini qəbul edib.

Mətbuat xidmətinin məlumatına görə, nümayəndə heyəti Ermənistan-Rusiya Regionlararası VIII Forumunda iştirak etmək üçün Ermənistana gəlib. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin, RF prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr İdarəsinin rəis müavini Anton Rıbakov, RF Prezidenti yanında Xarici Ölkələrlə Regionlararası və mədəni əlaqələr Departamentinin rəisi Valeri Çernışov, Xarici Ölkələrlə Regionlararası və mədəni əlaqələr departamentinin müşaviri Dmitri Avanesov və RF-nin Ermənistandakı səfirliyinin ikinci katibi İor Ratuşnyak bu təşkilatın tərkibinə qatılmışlar.

Dumanyan qeyd edib ki, Ermənistanda rus mədəniyyəti və Rusiyada erməni mədəniyyəti günləri pandemiyaya və hərbi vəziyyətə görə baş tutmayıb. Nazir əmin olduğunu bildirmişdir ki, bütün planlar 2022-ci ildə mütləq həyata keçiriləcəkdir.

Züleyxa

0.019197940826416