Qaz limitini keçməyən abonentlərə problem yaradılır
Paralel.az xəbər verir ki, paytaxtın qaz limiti bitirməyə abonentlərinə problemlər yaradılır.
Belə ki, redaksiyamıza müraciət edən paytaxt sakini Seymur Vəliyev deyir ki, mənim hesabımla qaz limitimdən hələ 25 manat, yəni 250 kubmetr qalıb: "Gedib yükləmək istədim ki 5 manat qabağa düşüm. Kart E-manat-da ilişib qaldı. Kartı iki sutkadan sonra çıxardıb verdilər. Yenidən karta qaz yükləmək istəsəm də alınmadı - kart oxunmur. Sonra gedib ASAN-Kommunaldan 10 manata yeni kart almalı oldum. Lakin daha cəhd etməyəcəm, 1 noyabrın gözləyəcəm".
Zakir Vəliyev isə deyir ki, onun da təxminən 200 kubmetr qaz limiti qalıb, amma yükləyə bilmir. E-manat göstərir ki, kart zədələnib.
Paytaxt sakinləri bu tip şikayətlərlə kütləvi şəkildə redaksiyamıza zəng edir.
Həmin şikayətçilərin hərəsinin 20-30 manatlıq qaz limiti var ki, onu yükləməklə cəmi 2-6 manat mənfəət əldə edəcəkdilər. Lakin indi həmin abonentlərin kartları sıradan çıxarılıb. Yeni kartin qiyməti isə 10 manatdır.
"Azəriqaz" İB-dan isə bildirirlər ki, belə problemlər nadir hallarda həmişə baş verir, bu təsadüfdür.
Qeyd edək ki, Tarif Şurasının qərarına görə, abonentlərin 1200 kubmetrlik qaz limitinin qiyməti 1 noyabr tarixdən hər kuba görə 10 qəpikdən 12 qəpiyə qaldırılıb.
Akif Nəsirli