Erməni siyasətçiləri və ictimai xadimlərinə hakimiyyəti ələ keçirmək ittihamı

Erməni siyasətçiləri və ictimai xadimlərinə hakimiyyəti ələ keçirmək ittihamı
 

Paralel.az xəbər verir ki, istintaq orqanı Ermənistanda bir qrup tanınmış ictimai xadimə qarşı irəli sürülən ittihamı dəyişmək niyyətindədir. Erməni mətbuatına görə, “Çiçəklənən Ermənistan”dan olan keçmiş millət vəkili Aragats Akhoyan, Arşak Zakaryan, Tigran Çobanyan, keçmiş boksçu İsrail Hakopkokyan və Vahagn Çaxalyan da daxil olmaqla bir qrup siyasi və ictimai xadim İstintaq Komitəsinə dəvət edilib: “Adıçəkilən şəxslər yanvarın 28-də keçirilən mitinq zamanı dövlət binalarını zəbt etdikləri üçün mühakimə olunurlar. Söhbət 9 noyabr 2020-ci tarixində Qarabağla bağlı üçtərəfli bəyanatın imzalanmasına etiraz aksiyalarından gedir.

Ermənistan parlamentinin keçmiş deputatı Aragats Akhoyanın məlumatına görə, istintaq orqanı onlara hakimiyyəti ələ keçirmək maddəsi ilə yeni ittiham irəli sürmək niyyətindədir”.

Nigar

0.040262937545776