Qriqoryan: “İlk növbədə sərhədlərlə bağlı bütün hüquqi əsasları, hər iki tərəfin razılaşması, imzası olan sənədləri öyrənmək lazımdır”
Paralel.az xəbər verir ki, Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesinin başlamasını yalan adlandırıb. Xəbərdə deyilir ki, bundan öncə sərhədlərin delimitasiyası və demarkasiyası səbəbindən Qafanla sərhəddəki Pel yüksəkliyinin Azərbaycanın nəzarətinə keçdiyi bildirilib: “Hazırda bütün sənədlər öyrənilir, lakin təmaslar səviyyəsində demarkasiya və delimitasiya prosesi yoxdur. İlk növbədə sərhədlərlə bağlı bütün hüquqi əsasları, hər iki tərəfin razılaşması və imzası olan sənədləri öyrənmək lazımdır.Yalnız bundan sonra xəritələr (mina sahələri) haqqında danışmaq mümkün olacaq. Çünki bu baza olmadan xəritələr sadəcə, diaqramlardır. Xəritələrin altında üzərində işlədiyimiz bir hüquqi əsas olmalıdır. Bundan sonra hər hansı bir prosesi həyata keçirmək haqqında danışmaq mümkün olacaq. Prosesləri çətinləşdirən bir çox problem də var”.
Nigar