Bir akademikin mədəsi...
İdris Abbasov yazır: "Bir akademikin mədəsi bir fəhlənin, bir müəllimin, yaxud siravi alimin mədəsindən neçə dəfə böyükdür?
Akademik maaşı ilə müəllim maaşı, yaxud fəlsəfə doktoru maaşı arasında 20/1 nisbətində fərqin olması nədir? Yəni bir akademik 3000-9000 manat arası maaş alırsa (levı gəlirlər bura aid deyil), müəllim, yaxud fəlsəfə və elmlər doktoru 300-600 arası maaş alır. Birincilərin iş əmsalı ikincilərinkindən 10 dəfə aşağıdır, bəzən sıfırdır.
Deməli, faydalı işə görə yox, məhz dərəcə və titullara görə maaş verilməsi sosial ədalətin başına daş salmaq və tarazlığı pozmaqdır. Məgər müəllimin, alimin, mühəndisin, fəhlənin ailəsi jımıxla qidalanır? Müftəxorlara verilən əlahiddə maaş siyasi idarəçiliyin effektivliyini məhv edir və iqtisadi-siyasi böhrana yol açır".
Paralel.az